İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142534 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 6: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

İndiki bitmiş davamedici zaman və İndiki bitmiş zaman

Untitled Document

İndiki bitmiş davamedici zamandan indiki vaxta kimi və ya söhbət gedən vaxta kimi hadisənin davam etdiyini bildirmək üçün istifadə edilir:

Have you been working in the garden all day? You look exhausted.
She's been writing the hook since she was in her twenties and at last it's finished.

Diqqət edin ki, hadisənin nə qədər müddətdə davam etdiyini bildirmək üçün zaman ifadələrindən istifadə olunur.

Belong, know, (dis)likeunderstand kimi dəyişməz fikri bildirən fellərdə indiki bitmiş davamedici zaman istifadə olunmur.

Have you known each other long? (Have you been knowing... - yox)
I haven't liked ice cream since I ate too much and was sick. (... haven't been liking... - yox)

İndiki zamana kimi mövcud olan hadisələr (ümumi hadisələr) haqqında danışarkən həm indiki bitmiş zamandan həmdə indiki bitmiş davamedici zamandan istifadə etmək olar:

'Where's Dr Owen's office?' 'Sorry, I don't know. I haven't been working here for long.' (və ya I haven't worked here for long.)
We've been looking forward to this holiday for ages. (və ya We've looked forward to...)


Bu iki zaman formasından həm də yenicə başa çatmış amma nəticələri görünən hadisələri bildirmək üçün də istifadə olunur. Lakin geniş və təkrarlanan faliyyəti bildirən fellərlə adətən indiki bitmiş davamedici zamanı işlədirik:

He's broken his finger and is in a lot of pain. (He's been breaking... - yox)
He's been playing football all afternoon and needs a shower! (He's played...- variantından daha uyğun)

İndiki bitmiş davamedici zamanı əsasən nədənsə şikayətlənəndə və ya tənqid edəndə istifaə edirik:

Who's been messing around with my papers? They're all over the place.
You've been eating chocolate, haven't you? There's some on your shirt

Hər hansı bir hadisənin və ya fəaliyyətin nəticəsi haqqında danışanda daha çox indiki bitmiş zamandan istifadə olunur. Lakin hadisənin özündən danışanda isə həm indiki bitmiş zamandan həm də indiki bitmiş davamedici zamandan istifadə etmək mümkündür:

Prices have decreased by 7%. (Prices have been decreasing by 7%. - yox)
Prices have been decreasing recently. (və ya Prices have decreased...)

I've used three tins of paint on the kitchen walls. (I've been using three tins of paint on the kitchen walls. - yox)
I've been using a new kind of paint on the kitchen walls, (və ya I've used...)


İndiki bitmiş davamedici zamandan hadisənin davametdiyini və təkrarlandığıı bildirmək üçün istifadə edilirsə, indiki bitmiş zamandan hadisənin yalnız bir dəfə və ya dəqiq müəyyən hallarda olduğunu bildirmək üçün istifadə edilir:

Joseph has been kicking a football against the wall all day.
He has played for the national team in 65 matches so far. (He has been playing for the national team in 65 matches so far. - yox)

The workers have been calling for the chairman's resignation.
Workers have called for management to begin negotiations on pay.


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı